12px13px15px17px
Tarix:06/06/13

Azərbaycanla Yaponiya arasında elm və texnologiyaların transferi sahəsində memorandum imzalanıb

Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında EİF ilə 22 şirkəti özündə birləşdirən "Tokyo Boeki Group" beynəlxalq holdinqin üzvü olan və elmi-analitik cihaz, avadanlıq və qurğuları istehsal və təchiz edən Yaponiyanın tanınmış "Tokyo Boeki Technology Ltd" şirkəti arasında Qarşılıqlı Anlaşma Haqqında Memorandum imzalanıb.

Memorandumu fondun icraçı direktoru Elçin Babayev və "Tokyo Boeki Technology Ltd" şirkətinin prezidenti Kazuei Uçida imzalayıblar. Fondun icraçı direksiyasından verilən məlumata görə, memorandum Azərbaycanla Yaponiya arasında elm və texnologiyaların transferi sahəsində əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır və bu əməkdaşlığın iki ölkə arasında mövcud dostluq əlaqələrini möhkəmləndirəcəyini nəzərdə tutur.

Memoranduma əsasən, tərəflər bərabərlik və qarşılıqlı mənfəət prinsipləri əsasında, Azərbaycanla və Yaponiyanın fəaliyyətdə olan qanunvericiliyinə uyğun olaraq əməkdaşlığı həvəsləndirəcəklər. Memorandumu həyata keçirmək məqsədi ilə "Tokio Boeki Technology Ltd" şirkəti fondun qrant layihələri üçün mürəkkəb elmi-analitik cihazların seçimi, tətbiqi və istifadəsi üzrə məsləhət işlərini həyata keçirmək, bu layihələrin zəruri elmi-analitik cihazları vasitəsilə təchizat səviyyəsini qaldırmaq istiqamətində tədbirlərin görülməsi, xüsusi halda, müvafiq Yaponiya istehsalçılarından tələb olunan elmi-analitik cihazların fondun qrant layihələrinə çatdırılmasını təmin etmək məqsədilə fond ilə müqavilələrin bağlanması, fondun maliyyə dəstəyi verdiyi tədqiqat qrantları üçün nəzərdə tutulmuş elmi-analitik cihazlar fond tərəfindən alındıqda, uyğun formallıqların hazırlanmasına köməklik göstərmək, fondun qrant layihələrinin elmi-analitik cihazlarla təchizatının təmin edilməsi üçün Yaponiya maliyyə vasitəçi təşkilatlarının vəsaitlərinin cəlb edilməsinə köməklik göstərmək, elmi iclasların, konfransların, simpoziumların, görüşlərin, elm festivallarının və sərgilərin təşkili ilə əlaqədar tərəflər arasında müştərək layihələr təklif etmək və onların reallaşdırılmasında iştirak etmək, Azərbaycan Respublikasının elm sahəsində uğurlarının Yaponiyanın dövlət təşkilatları və özəl müəssisələri arasında təşviqini aparmaq kimi öhdəlikləri öz üzərinə götürür.

Razılığa əsasən, tərəflər birgə layihələr yerinə yetirə və qrant müsabiqələri (çağırışları) təşkil edə bilərlər. "Tokyo Boeki Group" 1947-ci ildə "Tokyo Boeki Shokai" adı altında yaradılıb, öz yüksək keyfiyyətli sənaye (energetika, maşınqayırma, metal istehsalı) və mürəkkəb elmi-analitik cihazlar istehsalı və satışı ilə tanınır. Əsasən Yaponiya istehsalı olan mal (lar) la alim və tədqiqatçıları təchiz edən "Tokyo Boeki Technology Ltd" şirkəti "JEOL", "Nikon", "Rigaku", "Ulvac", "Katsuragawa Electric", "Yamato Scientific" kimi tanınmış markalarla işləyir. Artıq bu şirkətin iki bahalı və ultra-modern elektron mikroskopu Elmin İnkişafı Fondu tərəfindən qrant layihələri çərçivəsində alınaraq AMEA Geologiya İnstitutunda (skanedici elektron mikroskop) və Azərbaycan Tibb Universitetində (transmissiya (nüfuzedici) elektron mikroskopu) quraşdırılmış və tədqiqatçıların istifadəsinə verilmişdir. Həmçinin işçi heyət qrant hesabına təlimlər də keçmişdir.

Daha iki cihazın alınması haqqında fond ilə şirkət arasında müvafiq müqavilələr imzalanmışdır və onların yaxın zamanda AMEA Fizika İnstitutuna (transmissiya (nüfuzedici) elektron mikroskopu) və Geologiya İnstitutuna (karbon ilə tozlandıran cihaz və aksesuarlar dəsti) gətiriləcəyi gözlənilir.

Elmin İnkişafı Fondu və "Tokyo Boeki Techology Ltd" şirkəti Azərbaycanda Elm Festivalının təşkil edilərək keçirilməsi, həmçinin elmi-analitik cihazların nümayiş sərgisinin təşkili barədə də ilkin razılığa gəliblər.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 472

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti 

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.