12px13px15px17px
Tarix:06/06/13

“TERENA Networking Conference” beynəlxalq konfransı keçirilir

Niderlandın Maastrixt şəhərində keçirilən “TNC2013 – TERENA Networking Conference” beynəlxalq konfransı davam edir. Avropanın ən nüfuzlu tədbirlərindən olan “TNC2013” Hollandiyanın “SURFnet”, “Cisco”, “ADVA” və digər məşhur şirkət və təşkilatların təşkilatçılığı ilə keçirilir.

AMEA-dan verilən məlumata görə, tədbirdə internetin gələcək problemləri, big-data, yeni nəsil şəbəkələr, yaşıl İT, e-hökumət, təhsil və tibb, ağıllı, sensor şəbəkələr, qabaqcıl kütləvi informasiya vasitələri və s. mövzularla bağlı müzakirələr aparılır, böyük həcmli informasiyanın ötürülməsi sahəsində əldə edilmiş nailiyyətlər, robotla uzaq məsafədən qarşılıqlı əlaqənin təmini ilə bağlı təqdimatlar təqdim olunur. “Cisco” şirkətinin “Əşyaların interneti” mövzusunda simpoziumunun keçirilməsi nəzərdə tutulub.

Akademiyadan qeyd edilib ki, sosial şəbəkə problemləri bu gün dünyanı düşündürən mühüm məsələlərdən biridir: “Təhlükəsizlik və konfidensiallıq olduqca vacib problemlərdir, internetin idarə olunması siyasəti ilə demokratik internet arasında balansın təmin edilməsi İT ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir ki, bu da tədbirin ən aktual mövzuları sırasındadır”.

Qeyd edək ki, 6-7 iyun tarixlərində “TERENA” (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 39-cu toplantısına da start verilib. Hər iki tədbirdə ölkəmizi AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edir.

2010-cu ildə “TERENA”-nın Baş Assambleyasının illik iclasında təşkilatın tamhüquqlu üzvü seçilən AMEA İnformasiya Texnologiyaları İnstitutu “TERENA”-nın təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə müntəzəm olaraq iştirak edir.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 381

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye