12px13px15px17px
Tarix:12/06/13

Rusiyada keçirilən innovasiyalar üzrə beynəlxalq konfransda Azərbaycanın innovasiya potensialından danışılıb

Cari ilin may və iyun aylarında Rusiyanın Moskva və Samara şəhərlərində keçirilən innovasiyalar üzrə beynəlxalq konfranslarda Azərbaycanın innovasiya potensialından danışılıb.

“ICTnews” elektron xəbər xidmətinə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) bildirilib ki, hər iki tədbirdə ölkəmizi EİM-in baş direktorunun birinci müavini, iqtisad elmləri namizədi, dosent Arzu Hüseynova təmsil edib. Birinci beynəlxalq tədbir - “Elmi və texnoloji innovasiya: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda 41 məruzə dinlənilib.

Konfransda “AMEA Elmi İnnovasiyalar Mərkəzinin beynəlxalq fəaliyyəti” mövzusunda çıxış edən A.Hüseynova bildirib ki, müstəqillik şəraitində Azərbaycan iqtisadiyyatının formalaşdırılması və inkişafının əsas amillərindən biri innovasiya potensialının olmasıdır:

“Respublikanın sosial-iqtisadi inkişafı ilk növbədə iqtisadiyyatın innovasiya yoluna keçməsindən, elmi biliklərin innovasiyaya transformasiyası və onların kommersiyalaşdırılmasından, ölkənin təsərrüfat kompleksinin əsas sahələrinin innovasiya qavrama dərəcəsindən asılıdır”. Samarada baş tutan “Şıxobalov oxunuşları: istehlak bazarı inkişafının təcrübəsi, problemləri və perspektivləri” mövzusunda keçirilmiş III Beynəlxalq elmi-praktiki konfransda isə 100-dən yuxarı məruzə edilib. III Beynəlxalq elmi-praktiki konfransda Azərbaycanın yeganə nümayəndəsi Arzu Hüseynova “MİS-ə sinergetik yanaşma – Azərbaycanın innovasiya iqtisadiyyatının əsasıdır” mövzusunda məruzə edib və bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas məqsədi iqtisadiyyatın innovasiya yoluna keçməsidir.

“Bununla əlaqədar Azərbaycanda milli innovasiya sisteminin formalaşması üçün zəmin yaratmaq zəruridir. 20 illik müstəqilliyimiz dövründə ölkəmiz əldə etdiyimiz nailiyyətlərə görə regionda lider mövqeyindədir. Qazandığımız bu uğurlar xalqımızın sabaha inamını artırır”- deyə, natiq məruzəsində qeyd edib.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 İyul 2020

08 07 2020

08/07/20
Ev routerlərinin əksəriyyətinin təhlükəsizlik sistemində boşluq aşkar edilib

Almaniyanın Fraunqover İnstitutunun alimləri evdə istifadə üçün nəzərdə tutulmuş marşrutlayıcıların təhlü

08/07/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Game Jam Next” tədbirini keçirəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “SUP” Akselerasiya Mərkəzinin və “Tech Academy”nin birgə təşkila

08/07/20
Keniyada hava şarlarının köməyilə “4G” internet əlçatan olub

“Loon” şirkəti Keniyada hava şarlarının köməyilə paylanan yüksəksürətli internet əlçatan olub. 35 mind<

08/07/20
“Samsung” şirkəti tərəfindən tapılmış material yarımkeçiricilər dünyasını dəyişdirə bilər

“Samsung Advanced Institute of Technology” (SAIT) tədqiqat komandası Ulsan Milli Elm və Texnologiya İnsti

08/07/20
“Motorola G 5G Plus” smartfonu rəsmən təqdim edilib

Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən orta sinifli “Motorola G 5G Plus” smartfonu rəsmən

08/07/20
“Samsung” şirkəti smartfonlar üçün yığcam sterilizator təqdim edəcək

Cənubi Koreyanın “Samsung” şirkəti smartfonlar üçün sterilizasiya etmək funksiyasına malik simsiz enerjid

08/07/20
“Samsung Galaxy Unpacked 2020” tədbiri nə vaxt keçiriləcək?

“Samsung” şirkəti növbəti “Galaxy Unpacked” təqdimatı üçün rəsmi dəvətnaməni dərc edib. İlk dəfə t

08/07/20
Yeni “LG” səs paneli “GX Gallery” televizorları üçün yaradılıb

“LG Electronics” (LG) şirkəti “GX Soundbar” adlı yeni səs panelini təqdim edib.

08/07/20
“Lenovo ThinkVision M14t” monitoru sensorlu idarəetməni dəstəkləyir

“Lenovo” şirkəti portativ kompüterlərlə birlikdə istifadə üçün nəzərdə tutulan “ThinkVision M14t”