12px13px15px17px
Tarix:03/07/13

2013-cü ildə planşetlərin satış həcmi təxminən 39% artacaq

“Gartner” şirkətinin proqnozuna əsasən, bu il planşet kompüterlərin satış həcmi 38,9%, mobil telefonlarda isə  yalnız 9,3% artacaq.

Tədqiqatda qeyd edilib ki, 2013-cü ildə İT sahəsinə sərf edilmiş ümumi xərclərin həcmi 2% artaraq 3,7 trilyon dollar olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, cihazlara sərf edilmiş xərclərin həcmi 2,8% artaraq 695 milyard dollar olacaq. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə bu göstərici 676 milyard dollar təşkil edib.

Analitiklər qeyd edirlər ki, 2013-cü ilin birinci rübündə fərdi kompüterlərin satış həcminin azalması qeydə alınıb və bu tendensiya cari ilin ikinci yarımilliyində də saxlanılacaq.

Emil Hüseynov



Baxış sayı: 395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020