12px13px15px17px
Tarix:31/07/13

“SSD” bazarında sürətli artım qeydə alınıb


Ekspertlər sərtgövdəli yığıcılar bazarında böyük irəliləyiş qeydə alıblar, onların tədarük həcmi ultrabuklarda SSD disklərdən istifadənin artması nəticəsində nəzərəçarpacaq dərəcədə artıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IHS” informasiya-analitik agentliyinin məlumatına əsasən, 2013-cü ilin birinci rübündə ultrabuk və onlara oxşar modellər üçün nəzərdə tutulmuş SSD disklərin tədarük həcmi 5,9 milyona çatıb. Bu, 2012-ci ilin birinci rübü ilə müqayisədə üç dəfə çoxdur. Bundan başqa, planşet kompüter istehsalçıları sərtgövdəli yığıcılara getdikcə daha çox maraq göstərirlər.

Ümumilikdə bu ilin yanvar-mart ayları ərzində 11,5 milyon “SSD” disk tədarük edilib. Ötən il tədarüklərin ümumi həcmi 6 milyon olub ki, bu da 92% artım deməkdir.

“HIS” analitikləri, həmçinin sərtgövdəli yığıcılar bazarı üzrə yaxın gələcəklə bağlı proqnozları bölüşüblər. 2013-cü ildə SSD tədarüklərinin həcminin 64,6 milyon olacağı gözlənilir ki, bu da ötənilki göstəricidən  87% çoxdur.

Emil Hüseynov
 



Baxış sayı: 631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024