12px13px15px17px
Tarix:01/08/13

“Samsung” şirkəti istehlakçılar tərəfindən bəyənilir

“Samsung Electronics” korporasiyası istehlakçıların məmnunluğu reytinqində birinci yerdə qərarlaşıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “American Customer Satisfaction Index” (istehlakçının məmnunluğu üzrə Amerika indeksi) əsasən, “Galaxy S3” smartfonu 100 mümkün xaldan 83 xal toplayıb və bu göstərici üzrə “iPhone 5” smartfonunu 1 xal ötüb. “Galaxy S4” aparatı 84 xal toplasa da, lakin cari reytinqə daxil edilməyib, çünki tədqiqat ABŞ-da sözügedən telefonun satışlarının başlanmasına qədər aparılıb.

"Apple şirkətinin müştəriləri iPhone 4, 4S və ya 5 arasında elə bir fərq görmürlər" – “ACSI”-nin idarəedici direktoru Devid VanEmburq deyib. Onun sözlərinə görə, yenilikçi ideyalar həmişə “Apple” korporasiyasının güclü tərəfi olub, lakin “Samsung” şirkəti “Galaxy S4” smartfonu sayəsində “Apple”ı ötə bilib və Amerika korporasiyasının yenidən lider mövqeyə qayıtmasını təhlükə altına qoyub.

Emil Hüseynov



Baxış sayı: 388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020