12px13px15px17px
Tarix:01/08/13

“Sony” şirkətinin xalis mənfəəti 35 milyon dollar olub

2013-cü ilin birinci rübündə "Sony" şirkətinin xalis gəliri 35 milyon dollar təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq rübündə şirkət 306 milyon dollar dəyərində zərərə məruz qalıb.

"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin birinci rübündə "Sony" şirkətinin mədaxili 17,3 milyard dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 9% azdır. Bu halda şirkətin mədaxili yapon yeni ilə götürüldükdə 13% artıb. Bu, yenin məzənnəsinin dollara nisbətdə azalması ilə izah olunur.

"Sony Corporation" – qərargahı Yaponiyada yerləşir, ev və peşəkar elektronika, oyun konsolları və başqa yüksək texnologiyalı məhsulların istehsalı ilə məşğul olur.

Emil Hüseynov
 
 



Baxış sayı: 616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024