12px13px15px17px
Tarix:16/05/11

Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir

Dr.Web şirkətinin tərəfadaşlarla iş şöbəsinin müdiri Dennis Karavaeva iki il ərzində Azərbaycan bazarında öz sözlərini demək istədiklərini söyləyib: “Biz bütün bazar seqmentlərini əhatə etmək niyyətindəyik. Artıq bir çox şirkətlərlə, provayderlərlə müqavilələrimiz var. Mobil rabitə sektorunda və təhsil sahəsində də, müəyyən yer tutmaq istəyirik”.
D.Karavayev Azərbaycan üçün, xüsusi qiymətlərin tədbiq ediləcəyini də, söyləyib. Onun sözlərinə görə, bəzi ölkələrdə məhsullar üçün verilən qiymətlər daha aşağıdır: “Mərkəzi Asiyada qiymətlər 20% aşağı olmuşdu. Azərbaycanda da, məhsulların dəyəri daha aşağı olacaq”.
Qeyd edək ki, Dr.Web şirkəti 1992-ci ildə yaradılıb. Bu müddət ərzində dünyanın 92 ölkəsində rəsmi satış məntəqələrini yaratmağa nail olub. Şirkətin 3500 rəsmi tərəfdaşı mövcuddur.





Baxış sayı: 4401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024