12px13px15px17px
Tarix:19/09/13

Zukerberq: Milli Təhlükəsizlik Agentliyinə görə insanların bizə etibarı azalmağa başlayıb

“Facebook”un direktoru Mark Zukerberq etiraf edib ki, sosial şəbəkə və onun rəqibləri ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən internet şirkətlərinin məxfi dinlənilməsi ilə bağlı yaşanmış son qalmaqallara görə zərərə məruz qalıb. “Atlantic Editor” nəşrinə verdiyi müsahibəsində Mark Zukerberq deyib ki, istifadəçilər bu hadisələrdən sonra internet şirkətlərinə daha az etibar etməyə başlayıblar.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “MTA ilə bağlı qalmaqaldan sonra “Facebook”, “Twitter” və “Google” şirkətlərinə etibar azalmağa başlayıb. Əksər istifadəçilərin tanınmış brendlərə əvvəlki etibarı azalıb və bu etibarı geri qaytarmaq üçün xeyli səy tələb olunur" – o deyib. O, eyni zamanda qeyd edib ki, qalmaqalla əlaqədar istifadəçilərin kütləvi  axını olmayıb və insanlar əvvəlki kimi məlumat, fayl  mübadiləsi üçün “Facebook”dan istifadə edirlər.

Emil Hüseynov



Baxış sayı: 376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020