12px13px15px17px
Tarix:26/09/13

Azərbaycanda internetdə ödəniş etmək üçün ən ucuz kartların reytinqi açıqlanıb

Ölkədə elektron ticarətin, onlayn ödənişlərin təbliği bu istiqamətdə fəaliyyət göstərən müəssisələrin bir-birindən sərfəli şəkildə öz xidmətlərini, kartlarını təklif etmələrinə səbəb olub. Sözügedən kartlar internet vasitəsilə alış-veriş etmək üçün nəzərdə tutulmuş kartdır. İnternet şəbəkəsində mal və ya xidmət haqqı ödəyərkən istifadəçilər yalnız heç də mürəkkəb olmayan adi elektron anketini doldurmalı, o cümlədən, oraya kart barədə məlumatlar da daxil edilməlidir.
 
 
Eyni zamanda "Virtual kart"lardan internet şəbəkəsində istifadə edərək 24 saat ərzində internet vasitəsilə bir çox əməliyyatları rahat və təhlükəsiz şəkildə həyata keçirmək mümkündür. Bu əməliyyatlara  internet mağazalarından mal və xidmətlər almaq, kommunal ödənişlər etmək, mobil və stasionar rabitə haqlarını ödəmək, sığorta ödənişlərini həyata keçirmək, kabel televiziyasından istifadə haqqını, internet provayderlərin xidmət haqlarını ödəmək, elektron bilet almaq, otellərdə otaq rezervasiya (sifariş) etmək və s. daxildir.
 
 
Onu da qeyd edək ki, internet kartını əldə etmək heç də düşünüldüyü kimi çətin deyil. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə kartı almaq istədiyiniz istənilən filiala yaxınlaşıb "internet kartın alınması üçün sifariş ərizəsi"ni doldurmaq və kartın illik xidmət haqqını ödəmək kifayətdir. Eyni zamanda, Azərbaycanda sözügedən kartı onlayn formada da sifariş etmək mümkündür. Bu zaman kart hazırlandıqdan sonra nəzərdə tutulan ünvana çatdırılır.
 
Daha hansısa bankın filialına getməyə ehtiyac qalmır. Elə buna görə də Azərbaycanda internetdə ödəniş etmək üçün ən ucuz kartların reytinqi aparılıb. "Banker.az"-ın ekspertlərinin açıqlamalarına görə, reytinq sıralamasında ən sərfəli kart təqdim edən bankların adları açıqlanıb. Bu sıralamaya baxaraq hər bir istifadəçi ona uyğun olan kartı seçə bilər.
 
SEYMUR



Baxış sayı: 983

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020