12px13px15px17px
Tarix:11/08/11

İri prosessor istehsalçısı smartfonlar üçün prosessor hazırlamaqdan imtina edir

“AMD Products Group” bölməsinin vitse-prezidenti Rik Berqman mikroprosessorların inkişafı üzrə şirkətin strategiyasını açıqlayıb. Onun sözlərinə görə, “AMD” şirkəti smartfonlar üçün çip bazarına çıxmağı planlaşdırmır. Çünki orada “ARM” şirkətinin həlləri hökmranlıq edir. Cənab Berqman qeyd edib ki, kommunikatorlar ölçü, ekran kəskinliyinə, həmçinin avtonom iş vaxtına görə məhdudlaşdırılmış imkanlara malikdir. Buna görə də şirkət hələ ki bu sahəni tədqiq etmək fikrində deyil. Lakin gələcəkdə, əgər buna bazardakı vəziyyət şərait yaradarsa, “AMD” şirkəti mövqeyini dəyişdirə bilər. Cənab Berqman, həmçinin bildirib ki, “AMD” şirkəti planşet bazarında üstün mövqe tutmağa hazırlaşır.
Məlumat üçün qeyd edək ki, “AMD” şirkəti bu yaxınlarda planşet fərdi kompyuterlər üçün Z-seriyalı ilk hibrid prosessorunu çıxarıb. “Z-01” məmulatı “x862” arxitekturası və 1QHz takt tezliyi ilə 2 “Bocat” hesablama nüvəsinə, həmçinin “DirectX 11” proqram interfeys dəstəyi ilə inteqrasiya edilmiş “Radeon HD” 6250 qrafik kontrollerinə malikdir. “İDC” qiymətləndirməsinə görə, “AMD” şirkəti ikinci rübdə kompyuter mikroprosessorları bazarının 20,4%-nə nəzarət edib. Bu bazarda “İntel” şirkətinin payı isə 79,3% təşkil edib.


hard.compulenta.ru



Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020