12px13px15px17px
Tarix:02/06/11

4 nüvəli mobil prosessor təqdim edilib

Mobil çip istehsalçısı Texas Instruments (TI) planşetlər üçün proqramların sürətləndirilmiş yükləmə dəstəyi ilə 4 nüvəli mobil çip hazırlayıb. TI-də bildiriblər ki, OMAP4470 yeni çipi, həmçinin ultraportativ leptop və smartfonlarda da işləyə bilər. Texniki nöqteyi-nəzərdən yeni çip Windows üçün Microsoft DirectX-i və yeni qrafik texnologiyaları dəstəkləyir. Xatırladaq ki, bu gün ABŞ-da Windows bölməsinin prezidenti Stiven Sinofski ARM prosessorları əsasında işləyən Windows 8 planşet versiyasının ilkini nümayişini keçirib. Korporasiyada bildiriblər ki, əməliyyat sisteminin yeni versiyası ARM mikronüvəsi ilə TI, Nvidia və Qualcomm çiplərində işləyəcək. Bununla paralel, planşetlər üçün yeni Windows Intel və AMD prosessorlarında işin imkanını saxlayacaq.
OMAP 4470 prosessoru ARM əsasında mərkəzi prosessora malikdir, həm də çoxnüvəlilik hesabına yenilik stolüstü fərdi kompüter səviyyəsinin proqramları ilə işləmək üçün kifayət qədər güclüdür, qrafik texnologiyaların dəstəyi hesabına isə o, müasir mobil oyunlarla da işləyə bilər.
Texas Instruments nümayəndələri bildiriblər ki, OMAP4470 hibrid dizayna malikdir və məhsuldar hesablamalar üçün 1,8 QHz tezlikdə işləyən 2 mərkəzi prosessora, həmçinin mobil proqramlar üçün iki nisbətən zəif prosessor nüvəsinə malikdir, hansıki işin hesabına prosessor akkumulyatorun yükünə qənaət edə bilər.
Məhsuldar mərkəzi prosessor ARM Cortex A9 mikronüvələrinə əsaslanır. Qrafik nüvə kimi burda təkcə oyunları deyil, həm də veb-sürətlənməni, multimedia məlumatlarını və HD-video-nu dəstəkləyən PowerVR SGX544 istifadə olunur. TI-də bildiriblər ki, OMAP 4470 OpenGL standartını dəstəkləyir. Yenilik 45 nanometr proses üzrə layihələşdirilib.



Baxış sayı: 4850

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024