12px13px15px17px
Tarix:04/05/11

“Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı

ICTNEWS.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni versiyanın əsas üstünlüklərindən biri səsin tanınması və mətn şəklinə çevrilməsi imkanı olub. 

Gələcəkdə internet-brauzer tərəfindən insan səsinin tanınması mətni klaviatura vasitəsilə daxil etməyə çətinlik çəkən istifadəçilər üçün faydalı funksiya ola bilər. Mikrofonla işləyən səsli komanda funksiyası tamamən HTML5 dili bazasında işlənib hazırlanıb. Bu isə o deməkdir ki, brauzer üçün heç bir digər əlavə quraşdırmalara ehtiyac yoxdur.

İlk dəfə yeni funksiya “Google Translate” tərcümə servisində tətbiq olunub. Klaviaturada tərcümə üçün sözün və ya cümlənin yığılması əvəzinə “Chrome 11” istifadəçiləri bu sözü və ya cümləni mikrofona söyləyə biləcək. “Google Translate” isə səsləndirilmiş kontenti müəyyən edərək, onu istifadəçinin əvvəlcədən seçdiyi dilə tərcümə edir. Hələ ki, tərcümə servisi yalnız ingilis dilində şifahi nitqi müəyyən edə bilir.

Yeni versiyada “Google” “Chrome”-nin loqotipini də dəyişdirilərək, onu bir qədər “hamarlaşdırıb”. “Chrome 11” versiyasını “Google”-nin saytından yükləmək olar.
 





Baxış sayı: 3576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Dekabr 2020

04 12 2020

04/12/20
“Android”in yeni funksiyası internet olmadan proqram mübadiləsinə imkan verəcək

“Google” şirkəti bu yay foto, video və bağlantıları digər “Android” qurğu sahibləri ilə paylaşmağa imkan

04/12/20
“Google Maps”də panoramlı şəkillərin yaradılması üçün smartfondan istifadə ediləcək

“Google” şirkəti onlayn xəritələrdə “Street View” rejimi üçün panoramlı şəkillərin yaradılması prosesin

04/12/20
İlin sonunadək dünya əhalisinin 15 faizi “5G” şəbəkəsi ilə əhatə olunacaq

“Ericsson” şirkəti “5G” şəbəkəsini ən sürətli inkişaf edən texnologiya adlandırıb.

04/12/20
Smartfonlar üçün çoxdəfəli avtomatik bərpa olunan plyonka hazırlanıb

Alimlər smartfonlar üçün zədələnmələrdən sonra özü bərpa olunan plyonka hazırlayıblar. Onlar yeni hazırla

04/12/20
Niderlandda kvant interneti yaradılacaq

Niderlandda kvant internetinin hazırlanmasına başlanılıb. Mütəxəssislər tərəfindən Amsterdamda gələcəkdə

04/12/20
“OLED” materiallarının buraxılışına başlanılıb

Yaponiyanın “Idemitsu Kosan” şirkətinin Çinin Çendu şəhərində yerləşən “OLED” materialların buraxılışı üzrə

04/12/20
“WhatsApp” yeni istifadə qaydaları ilə razılaşmayan insanları girişdən məhrum edəcək

“WhatsApp” komandası 2021-ci ildə mobil proqramdan istifadə qaydalarını dəyişdirəcək