12px13px15px17px
Tarix:08/10/13

Alman kəşfiyyatı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi kimi trafiki izləyir

Almaniyanın "Der Spiegel" jurnalı bildirib ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin alman analoqu - BND xidməti – Avropa telekommunikasiya şirkətləri ilə məxfi sazişə əsasən,  Almaniya ərazisindən keçən fiber-optik sistemlər üzrə ötürülən məlumatlara birbaşa çıxış əldə etmək üçün istifadə ediblər.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, BND Federal kəşfiyyat xidməti Frankfurtda DE-CIX internet-trafikin mübadiləsi nöqtəsində məlumatların ələ keçirilmə sistemini quraşdırıb.

"Der Spiegel" üç fərqli konfidensial məktuba istinadən bildirib ki, BND 25 əsas alman provayderinin tranzit şəbəkələri üzrə ötürülən məlumatlara çıxış əldə edib. Məktub ilk növbədə provayderləri birləşdirən alman ticarət palatasına yönəldilib və təsdiqlənib.

Hüquqşünas  Tomac Stadler, kəşfiyyat xidmətinin təşəbbüsü ilə bağlı vəziyyəti şərh edərək bildirib ki, hazırda BND səlahiyyətləri çox zəif reqlamentləşdirilib  və faktiki olaraq xidmət "hüquqi vakuum" şəraitində fəaliyyət göstərir.

"Der Spiegel" bidlirib ki, BND Rusiya, Mərkəzi Asiya və Yaxın Şərq trafikini izləyib. Bununla yanaşı, xidmət məhkəmə qərarı olmadan ölkə daxilində almanları da izləyib.

Aynur Vəliyeva
 



Baxış sayı: 351

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020