12px13px15px17px
Tarix:12/10/13

“Bakcell”dən “PULSUZ Wi-Fi” internet

“Bakcell” şirkəti müqəddəs Qurban Bayramı münasibətilə bütün “Bakcell” abunəçilərinə Bakı şəhərində “Wi-Fi” internet xidmətlərindən pulsuz yararlanmaq imkanını yaradır.
 
 Bu ilin yay aylarında istifadəyə verilmiş “Bakcell”in “Wi-Fi” layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif yerlərində yüksəksürətli “Wi-Fi internet” xidmətləri təklif olunur. “Wi-Fi” xidməti mobil cihazlar, noutbuklar, planşetlər və digər oxşar cihazlar üçün nəzərdə tutulub.
 
 Azərbaycanın ən geniş çöl “Wi-Fi” əhatəsini təşkil etmək üçün “Bakcell” şirkəti ən son texnologiyalar tətbiq etmiş və Qurban Bayramından etibarən böyük məmnuniyyətlə bu xidməti bütün “Bakcell” abunəçilərinə pulsuz olaraq təklif edir.
 
 “Wi-Fi” xidməti aşağıda qeyd olunan yerlərdə göstərilir: Elmlər Akademiyası və Hüseyn Cavid parkı, Filarmoniya Parkı və “İçərişəhər” metro stansiyasının ətrafı, Fəvvarələr Meydanı, Nizami küçəsi, Zərifə Əliyeva adına park, Nərimanov parkı, Sabir bağı, Xaqani parkı, Sahil parkı, Texniki Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Muğan parkı, Səməd Vurğun Parkı, Qış Parkı və Heydər Əliyev adına Park (Azərbaycanın Mərkəzi Bankı ilə üzbəüz).
 
 
 Bu xidmətdən bütün “Bakcell” abunəçiləri yararlana bilər. “Bakcell” “Wi-Fi” xidmətinə qoşulmaq üçün balansınız aktiv vəziyyətdə olmalıdır. Mövcud “hotspot” siyahısından “Bakcell Wi-Fi” xidmətini seçin və qoşulma şifrəsini əldə etmək üçün asan qeydiyyat prosesindən keçin. Şifrəni alandan sonra əsas səhifədə onu daxil edin və “PULSUZ Wi-Fi” internetindən yararlanın.
 İnternet xidmətinin sürəti ən yaxın “Wi-Fi” giriş nöqtəsinə olan məsafədən asılı olaraq 10Mb/s qədər təşkil edir. “Bakcell Wi-Fi” xidmətindən pulsuz istifadə 13.10.2013-cü il tarixdən 30.12.2013-cü il tarixinə qədər mümkün olacaq.
 
 
 “Bakcell” öz müştərilərini ən mükəmməl şəbəkə keyfiyyəti ilə təmin etmək üçün şəbəkəyə sərmayə qoyuluşunu davam edəcək və “Wi-Fi” zonaları yaxın gələcəkdə yeni ünvanlarda da təşkil ediləcək.
 
Kamal Hacıyev



Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020