12px13px15px17px
Tarix:08/11/13

Qərbi Avropada fərdi kompüter satışı sürətlə azalır

“Gartner” analitik şirkəti müxtəlif ölkələrin kompüter bazarının vəziyyətini izləməkdə davam edərək növbəti tədqiqatını Qərbi Avropada aparıb.
Bu regionda 2013-cü ilin üçüncü rübünün yekunları üzrə fərdi kompüterlərin tədarük həcmi 11,9 milyon ədəd təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,8 faiz azdır.

Ötən rübdə Qərbi Avropanın kompüter bazarının bütün seqmentləri mənfi dinamika nümayiş etdirib. Belə ki, mobil sektorda tədarük həcmi ötən ilə nisbətən 14,5 faiz aşağı düşüb, habelə fərdi kompüterlərin buraxılışı 9,8 faiz azalıb. Korporativ ehtiyaclar üçün fərdi kompüterlərin tədarükü 8,3 faiz, istehlak seqmenti 17,1 faiz azalıb.

“HP” şirkəti Qərbi Avropada iri kompüter tədarükçü olaraq qalır. Üçüncü rübdə ABŞ istehsalçısı regiona 2,6 milyon (təxminən ötənilki həcmdə) fərdi kompüter tədarük edib. Aparıcı istehsalçılar arasında yer alan “Lenovo” şirkəti ötən rübü 16,3 faizlik artımla başa vuraraq 1,47 milyon ədəd (ötən il 1,27 milyon) texnika istehsal edib. Nəticədə Çin istehsalçısının bazar payı 9,3 faizdən 12,4 faizədək artıb.
“Acer” şirkətinin bazarda iştirak göstəricisinin 14,1 faizdən 11,7 faizədək azalması bu brendli kompüterlərin tədarükünün 18 faiz aşağı düşməsinə səbəb olub. Bu azalma istehsalçılar arasında ən böyüyü olub və şirkət 1,38 milyon buraxılmış kompüterlə kifayətlənib.
Sonrakı yeri kompüter istehsalı cəmi 1,1 faiz artan “Dell” tutsa da, rəqiblərinin uğursuzluğu nəticəsində şirkətin bazar payı 1,4 faiz bənd artaraq 10,3 faizə çatıb.  

Qərbi Avropa bazarında fəaliyyət göstərən nəhəng kompüter istehsalçıları beşliyində “Apple” şirkəti də yer alıb. Üçüncü rübdə bu istehsalçı 996 min fərdi kompüter tədarük edərək ötənilki göstəricidən 3 faiz geri qalıb. Bununla belə, “Apple”ın regiondakı payı 7,6 faizdən 8,4 faizədək artıb ki, bu da digər kompüter şirkətlərinin uğursuzluğu ilə əlaqədardır, - "DailyComm www.dailycomm.ru” yazır. 



Baxış sayı: 488

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti