12px13px15px17px
Tarix:21/11/13

Prezident qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb

 Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycanda Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılacaq.
 
 
Bu fərmanla dövlət başçısı İlham Əliyev  “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq, Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
 
 
  1. Azərbaycan Respublikasında Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi yaradılsın.
 
2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan “Fərdi elektron pəncərə” Qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.
 
 
3. “Fərdi elektron pəncərə” elektron məlumat sistemi:
 
3.1. sistemdə qeydiyyatdan keçmiş hər bir Qeyri-hökumət təşkilatının yalnız özünün daxil ola bildiyi və elektron xidmətlərdən istifadə etdiyi “fərdi elektron kabinet”in yaradılması;
 
3.2. qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı məlumatların, müraciətlərin, arayış və hesabatların elektron formada qəbulu və cavablandırılması;
 
3.3. qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlərin elektron qeydə alınması;
 
3.4. sistemə verilən tapşırıqlar əsasında sənədlərin avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması;
 
3.5. məlumatların, sənədlərin sistemləşdirilmiş şəkildə saxlanılması və digər funksiyalara malik xüsusi proqram təminatı ilə təchiz edilməlidir.
 
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
 
4.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılmasını və fəaliyyətini təmin etsin;
 
4.2. sistemdən istifadə qaydaları barədə inzibati reqlamenti müəyyən etsin;
 
4.3. sistemə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısını təsdiq etsin.
 
5. Aidiyyəti dövlət orqanları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilən məlumatların mütəmadi Sistemə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsünlər.
 
6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti həyata keçirsin.
 
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
7.1. bu Fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin ayrılmasını təmin etsin;
 
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
SEYMUR



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti