12px13px15px17px
Tarix:12/08/11

Çində daha 22 saxta “Apple” mağazası aşkar edilib

Çinin Sənaye və Ticarət Nazirliyi ölkədə “Apple” şirkətinin simvolundan qeyri-qanuni istifadə edən 22 mağaza aşkar edib. Bütün mağazalar Yunian əyalətinin paytaxtı Kunmində yerləşir. Bütün 22 mağazaya Amerika şirkətinin loqotipini və digər nişanlarını götürmək göstərişi veriblər. 2011-ci ilin iyul ayında Kunmində artıq “Apple Store”-nin bir neçə qeyri-leqal mağazası aşkar edilmişdi. Keçirilmiş yoxlama nəticəsində 2 mağaza bağlanmışdı. Həmin mağazaların sahibləri sahibkarlıq lisenziyasına malik deyildilər. Çində “Apple” şirkətinin rəsmi 4 firma mağazası işləyir. Onlar Pekin və Şanxayda yerləşirlər.



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020