12px13px15px17px
Tarix:25/11/13

“Apple” şirkəti İsrailin “PrimeSence” istehsalçısını satın alıb

“Apple” şirkəti İsrailin “PrimeSence” sensor texnologiyalar istehsalçısını satınalma faktını təsdiqləyib. Adı çəkilən şirkətin daha öncə hazırladığı videoməkan sensoru sonralar “Microsoft Kinect” kontrollerinin əsasını təşkil edib. Bir neçə il əvvəl “Microsoft” müvafiq texnologiyanı “PrimeSence”-dən satın alıb.

“Apple”ın mətbuat xidmətindən bildirilib ki, şirkət vaxtaşırı kiçik texnologiya şirkətlərini satın alır və adətən onlar barəsində öz niyyət və ya planlarını açıqlamır.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “PrimeSence” şirkətinin texnologiyaları ixtisaslaşdırılmış “3D” skaner, həmçinin “iRobot Ava” robotlarında və “Asus Xtion” multimedia kamerasında tətbiq edilir.

Xatırladaq ki, “Apple” ötən il 400 milyon dollara məlumatların saxlanılması üçün həllərin hazırlanması ilə məşğul olan “Anobit” şirkətini satın alıb.

Emil Hüseynov



Baxış sayı: 371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020