12px13px15px17px
Tarix:30/11/13

Britaniya bankları miqyaslı kiberhücuma məruz qalıb


İngiltərə Mərkəzi Bankı Böyük Britaniyanın bir sıra iri banklarının mərkəzləşdirilmiş haker hücumuna məruz qalmasını və xeyli itkilərlə üzləşməsini elan edib. Bu barədə “Financial Stability Report” şirkətinin hesabatında deyilir.

Britaniya maliyyə sektorunun qarşılaşdığı müxtəlif amilləri əks etdirən sənəddə deyilir ki, kiberhücumlar bank sistemi və bir neçə iri bankların stabilliyi üçün real təhlükə törədir.     

“Britaniyanın maliyyə sistemi üçün bu itkilərin həcmi böyük olmasa da, banklar hazırda əməliyyat risklərinə kiberhücumlar kimi yeni parametrlərin təməlini qoymalı olur. Haker hücumlarının həcmi və miqyası artmaqda davam etsə, onların fəaliyyəti bank sistemi üçün nəzərəçarpacaq olmaqla bir sıra müəssisələrə təsir göstərəcək”, - İngiltərə Mərkəzi Bankının məlumatında qeyd edilir.

Hesabatda daha sonra vurğulanır ki, maliyyə sistemləri kiberhücumlarla əlaqədar bir sıra boşluqlara malikdir. Boşluqların bəziləri vahid sistem çərçivəsində fəaliyyət göstərən bankların bir-biri ilə sıx bağlı olmasındadır. Bundan başqa, bankların bazasını vahid bazar infrastrukturu, mürəkkəb və köhnəlmiş İT sistemləri təşkil edir.

Hesabatda həmçinin qeyd edilir ki, əksər banklar zərərli “White Shark II” kodunun fəaliyyəti nəticəsində ziyan çəkib. Mərkəzi Bank bu insidentlə bağlı ətraflı məlumatı 2014-cü ilin əvvəlində açıqlayacaq, - "Cybersecurity www.cybersecurity.ru” yazır.  



Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024