12px13px15px17px
Tarix:28/12/13

Nyu-York məktəblərinin birində dərslik və dəftərləri “iPad” əvəzləyib

Nyu-Yorkun arxiyepiskop Stepanisa adına məktəbin şagirdləri bundan sonra çantalarında ağır dərslik və dəftərlər daşımayacaq. Belə ki, təhsil müəssisəsi nümayəndələrinin sözlərinə görə, hazırda məktəbdə bütün fənlər rəqəmli texnologiyaların köməyi ilə tədris edilir.  

Bu il bütün fənlər üzrə dərsliklər elektron formata keçirilərək məktəb serverlərində yerləşdirilib. Məktəblilər dərsliklərin məzmunu ilə özləri ilə gətirdikləri planşet kompüter və ya noutbuklar vasitəsilə tanış ola bilərlər. Yalnız dinə aid kitablar kağızdan ibarətdir.

"Biz elektron formata daha keyfiyyətli təhsil almağa imkan verməsinə görə keçmişik. Rəqəmli texnologiyalar fənlərin daha effektiv tədrisinə imkan verir. Onların köməyi ilə attestasiyanı aparmaq, virtual laboratoriya işlərini təşkil etmək və tədris üçün bloqlardan istifadə daha asandır. Məsələn, tarix üzrə elektron dərsliklərdə məktəblilər onların öyrəndiyi dövrə aid videoyazılara baxa, təbiət elmləri üzrə dərsliklərdə isə təcrübələri animasiya şəklində görə bilərlər", - məktəb direktorunun müavini Frenk Portanova qeyd edib.

Məktəb şagirdi Brando Kabaleronun sözlərinə görə, son iki ildə kitablarla dolu olan çantanın çəkisi 14 kq təşkil edib. "İndi isə mən özümlə məktəbə yalnız "iPad" planşet kompüterini aparıram", - o vurğulayıb. Bu, valideynlərin məktəblilər üçün çəkdikləri xərclərin azalmasına da öz təsirini göstərib. Belə ki, əvvəllər onlar dərsliklərə 600 dollar sərf edirdilərsə, indi bu rəqəm cəmi 150 dollara bərabərdir. Valideynlər hazırda uşaq üçün yalnız noutbuk və ya planşet almalıdırlar ki, onlardan da bir neçə il istifadə etmək mümkündür. Artıq məktəblilərin əksəriyyəti bu qurğulara sahibdir.     

Dərsliklərin elektron formata keçilməsinə təxminən 1 milyon dollar vəsait xərclənib.  Arxiyepiskop Stepanisa adına məktəb şəhərin nüfuzlu təhsil müəssisələri kateqoriyasına aiddir. Məktəbdə illik təhsil haqqı 9 min dollar təşkil edir, - "İTAR-TASS www.itar-tass.com" yazır.  
 



Baxış sayı: 504

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti