12px13px15px17px
Tarix:09/01/14

Fransa hökuməti “Google” şirkətini məxfilik siyasətinə görə cərimələyib


Fransa hakimiyyəti ABŞ-ın “Google” şirkətini məxfilik siyasətinə görə 150 min avro məbləğində cərimələyib. Məlumdur ki, İT nəhəngi və bir sıra Avropa ölkələri ilə fikir ayrılığı çoxdan yaranıb. Belə ki, 2012-ci ildə şirkət “bulud” servislərində, prinsipcə, yeni məxfilik siyasətinin tətbiq edilməsini elan etdikdən sonra Avropa ekspertləri “Google”un qəbul etdiyi qaydaların Avropa İttifaqının qanunvericilik normalarına ziddiyyət təşkil etməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Niderland şirkəti vəziyyətin dəyişməyəcəyi təqdirdə sanksiyaların tətbiqi ilə təhdid ediblər. Nəticədə ötən yay şirkətin məxfilik siyasəti dəyişdirilsə də, Fransanın Milli Məlumatların Emalı və Vətəndaş Azadlıqları üzrə Komissiyası bunu yetərincə hesab etməyib. Fransa mütəxəssisləri hesab edirlər ki, istifadəçilər həmişə onlara məxsus məlumatlardan necə istifadə edildiyini bilməyə və onlara nəzarət etməyə bilər.  

Ekspertlər qeyd edirlər ki, “Google” axtarış sorğuları, telefon zəngləri, o cümlədən telefon nömrələri, zənglərin tarixi, vaxtı, tipi və müddəti, İP-ünvanlar, eləcə də sistemlərdə fasilələrin yaranması və onun fəaliyyəti, sazlanması, istifadə edilən brauzerin tipi və dili haqqında məlumatlar toplayır.

Qeyd edək ki, Fransa “Google”u cərimələyən yeganə ölkə deyil. Belə ki, 2013-cü ilin dekabrında İspaniya hökuməti bu şirkəti şəxsi həyat üzrə qanunvericilik normalarının kobud şəkildə pozulmasında təqsirli bilərək 900 min avro cərimə edib, - “Vesti www.vesti.ru” yazır. 



Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024