12px13px15px17px
Tarix:09/01/14

“Galaxy S5” smartfonunun çıxarılma tarixi açıqlanıb

Anonim mənbələrə istinadən “Bloomberg” agentliyinin yaydığı məlumata əsasən, “Samsung” şirkəti 2014-cü ilin aprelində “Galaxy S5” smartfonunu buraxacaq.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki,  agentliyin məlumatına görə, aparata gözün qüzehli qişasının skaneri quraşdırılacaq. O, insanların identifikasiyasında istifadə olunacaq.

“Bloomberg” agentliyi, həmçinin qeyd edib ki, “Galaxy S5” ilə eyni anda “Galaxy Gear” smart saatlarının yeni nəsli təqdim ediləcək. Bu haqda “Samsung”un mobil bölməsinin vitse-prezidenti Li Yen Xi agentliyə məlumat verib.

Li Yen Xinin sözlərinə görə, yeni saat 2013-cü ilin sentyabrında çıxarılmış birinci nəsillə müqayisədə daha geniş imkanlara malik olacaq və qurğunun korpusu daha incə olacaq.

“Samsung”un vitse-prezidenti “Galaxy S5” smartfonu haqqında ətraflı məlumat verməkdən imtina edib.
“Samsung” dünyanın ən böyük mobil aparat istehsalçısıdır. Şirkətin smartfon və planşetlərinin əksəriyyəti, “Galaxy S” xəttinə aid aparatlar daxil olmaqla, “Android” əməliyyat sistemi ilə işləyir.

Emil Hüseynov



Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024