12px13px15px17px
Tarix:11/01/14

“Intel” şirkəti “Atom” çipləri üçün “Android”in 64 bitlik versiyası üzərində işi yekunlaşdırıb


“Intel” şirkəti “Atom” prosessorları üçün “Android 4.4 KitKat” əməliyyat sisteminin 64 bitlik versiyası üzərində işi başa çatdırıb. Son mərhələdə şirkət əsas diqqəti əməliyyat sisteminin smartfonlar üçün uyğunluğuna yönəldib. İlkin olaraq “Android 4.4” sisteminin 64 bitlik versiyasının idarəetməsi ilə işləyən planşetlərin, daha sonra smartfonların satışa çıxarılacağı gözlənilir.   

“Bay Trail” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet kompüterlərin artıq 2014-cü ilin birinci yarısında 150 dollar qiymətinə satışa çıxarılması nəzərdə tutulur. “Intel” nümayəndələri ümid edirlər ki, proqram təminatı tərtibatçıları 64 bitlik “Android 4.4” və “Atom” çipləri üçün optimallaşdırılmış əlavələrin yaradılmasına başlayacaqlar.   


“Intel”in nailiyyətlər haqqında fevralın sonunda keçiriləcək “MWC 2014” sərgisində ətraflı məlumat verəcəyi güman edilir. Bundan başqa, Barselonada “Atom Merrifield” çipinin təqdimatı olacaq.
Bildirilir ki, mobil qurğular üçün 64 bitlik çipləri ilk dəfə “Apple” şirkəti təqdim edib. Digər istehsalçılar, o cümlədən “Qualcomm” və “STMicroelectronics” şirkətləri buna bənzər həllərini nümayiş etdirib, - "Onliner www.onliner.by” yazır.



Baxış sayı: 401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020