12px13px15px17px
Tarix:13/01/14

“Apple” Avropada “Mac Pro” kompüterlərinin satışını bərpa edib

“Apple” şirkəti Avropa İttifaqı (Aİ) bazarına “Mac Pro” masaüstü kompüterlərinin tədarükünü bərpa edib. Bundan əvvəl Aİ-də “Mac Pro”nun əvvəlki modellərinin ekoloji təhlükəsizlik və enerji effektivliyi üzrə ümumavropa tələblərinə cavab verməməsi səbəbindən satışı qadağan olunub.

Yeni modellərin satışına Avropanın məhsul bazarını tənzimləyən orqanlar tərəfindən icazənin verilməsi ehtimal edilir.  

Ötən həftənin sonunda “Apple”ın Avropa ofisləri tərəfdaş şirkətlərə yeni “Mac Pro” kompüterlərinin yanvarın 14-də Aİ-də satışa çıxarılması ilə bağlı bildiriş göndərməyə başlayıb. Hazırda Avropanın əksər “Apple Store” onlayn mağazalarında “Mac Pro” üçün əvvəlcədən sifarişlər qəbul olunsa da, şirkət kompüterin son alıcılara yalnız fevralda çatdırılmasının mümkün olmasını bildirir, - "Cybersecurity www.cybersecurity.ru” yazır.



Baxış sayı: 380

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020