12px13px15px17px
Tarix:13/01/14

Azərbaycan “WEF” çərçivəsində keçiriləcək genişzolaqlı internetin inkişafı üzrə sessiyaya sponsorluq edəcək


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu il  22-25 yanvar tarixində Davosda Ümumdünya İqtisadi Forum (WEF) çərçivəsində Genişzolaqlı rəqəmsal inkişaf üzrə komissiya tərəfindən  keçiriləcək "Genişzolaqlı internet və davamlı inkişaf" mövzusunda sessiyaya sponsorluq edəcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən,  forum çərçivəsində yanvarın 24-də baş tutacaq tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nazir Əli Abbasovun başçılığı ilə təmsil olunacaq.
Tədbir çərçivəsində nazir Əli Abbasovun "Microsoft", "HP", "Philips", "Yahoo!", "Facebook" şirkətlərinin rəhbər nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Sessiyada genişzolaqlı internet sahəsində mövcud olan problemlər, onların həlli və inkişafı yolları, genişzolaqlı internetin sosial həyata təsiri, internetin inkişafı üçün tələb olunan maliyyələşmənin mənbələri və həcmləri  ilə bağlı məsələlər müzakirə ediləcək.

Eyni zamanda tədbirdə 2000-ci ildən bu günədək genişzolaqlı internetin inkişafı sahəsində görülən işlər haqda məlumat təqdim ediləcək, genişzolaqlı internetin 2015-ci ildən sonrakı dövrdə nəyə görə prioritet kimi qəbul edilməsi məsələsi açıqlanacaq. Bununla yanaşı, tədbir iştirakçılarına 2013-cü ildə hazırlanmış 2015-ci ildə transformasiya həlləri üzrə hesabatdan irəli gələn tövsiyələr təqdim ediləcək, hansı ki,  növbəti mərhələdə ölkələrin hansı istiqamətdə İKT sahəsini inkişaf etdirməli olduqları haqda yönləndirəcəklər.

Aynur Vəliyeva



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024