12px13px15px17px
Tarix:17/01/14

2013-cü ildə dünyada SIM kartların tədarük həcmi 4% azalıb

2013-cü ildə dünyada 4,94 milyard SIM kart buraxılıb ki, bu da  ötən illə müqayisədə 3,8% azdır. "ABI Research" şirkətinin analitiklərinin məlumatına görə, Asiyada satış həcminin azalması və ölkələrin əksəriyyətində LTE və NFC xidmətlərinin tətbiqinin yubadılması buna səbəb göstərilir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, LTE və NFC texnologiyalarını dəstəkləyən SIM kartların ötənilki tədarük həcmi proqnozlardan aşağı olub. Bununla belə, SIM kartların satış həcminin aşağı olması Hindistan rabitə bazarı həcminin ümumi azalması ilə izah olunur. 2012-ci ilin sonundan adı çəkilən ölkədə və Çində əvvəlcədən ödənilmiş SIM kartların satın alınması zamanı şəxssiyyət vəsiqəsi tələb olunmağa başlayıb.
 
Son illərdə SIM kartların satış həcmi Asiyada mobil telefonların  nüfuzetməsinin artması fonunda yüksəlib, lakin bu bazarda yeni SIM kartlar bazarı ötən il 10% azalaraq 2011-ci il səviyyəsinə enib.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024