12px13px15px17px
Tarix:24/01/14

“Apple” istifadəçilərin əhval-ruhiyyəsini izləmək istəyir

"Apple" korporasiyası istifadəçilərin əhval-ruhiyyəsini müəyyənləşdirməyə icazə verən texnologiyanın qeydiyyatı üçün patent müraciəti verib. Qəbul edilmiş məlumatlar əsasında "alma" məhsulunun sahiblərinə müvafiq reklamlar göstəriləcək. Məsələn, "Apple" hesab edir ki, depressiya dövründə antidepressantların istifadəsi haqqında banner və ya çarx faydalı olar.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, sənəddə müəyyən dövr üçün istifadəçinin hərəkətlərini təhlil edəcək təklif edilən sistemin ümumi xüsusiyyətləri təsvir edilib. Sosial şəbəkələrdəki mesajların tonu, izlənmiş videoçarxların xarakteri, baxılan və icra edilən tətbiqlər təhlil ediləcək və diqqətə alınacaq.
 
Sistem əsas əhval-ruhiyyə profilini yaradacaq və o, gələcəkdə ilkin profildən sapmaları müəyyənləşdirmək üçün daim istifadəçinin cari hərəkətləri ilə müqayisə ediləcək. Nəhayət, qurğular elan verənlərə informasiyanı aşağıdakı formada göndərə biləcək: "Cinsi - kişi, yaşı – 20-25, yeri - Nyu-York, əhval-ruhiyyə - xoşbəxt".
 
Emil Hüseynov



Baxış sayı: 365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020