12px13px15px17px
Tarix:24/02/14

2020-ci ildə Çilidə nəhəng "GMT” teleskopu işə salınacaq

Dünyanın ən iri və ən güclü yerüstü “GMT” (Giant Magellan Telescope) teleskopu 2019-cu ilədək Çilinin mərkəzi hissəsində inşa ediləcək. Qurğu hazırkı orbital “Hubble Space Telescope” (HST) ilə müqayisədə on dəfə daha dəqiq müşahidələr apara biləcək.

Əvvəlcədən “GMT”-nin Çilinin şimal hissəsində qurulması planlaşdırılsa da, sonradan onun hazırda 6,5 metrlik “Magellan” teleskopunun fəaliyyət göstərdiyi Las Kampanas rəsədxanasının yaxınlığında dağ yaylasında yerləşdirilməsi qərara alınıb. Rəsədxana Çilinin Akatama səhrasında yerləşir. Mütəxəssislər bildirirlər ki, buradakı şərait – yüksək yaylalar, ideal quru iqlim, sabit təmiz səma və şəhər işıqlarının olmaması astronomik müşahidələr üçün dünyanın ən yaxşı yeridir.  

“Las Kampas on illərdir dünya astronomları tərəfindən istifadə olunur. Bura müşahidələr üçün əla yerdir”, - “GMT” teleskopunun tərtibatçılar qrupunun rəhbəri Vendi Friman deyib.

“GMT” teleskopu hər birinin diametri 8,4 metrə bərabər olan yeddi güzgü ilə təchiz edilməklə biri ortada, altısı onun ətrafında yerləşəcək. Mütəxəssislərin sözlərinə görə, indiyədək bu ölçüdə düz güzgülər istehsal edilməyib.  

Teleskopun effektiv aperturu 24,5 metr təşkil edəcək ki, bu da Havay adalarında yerləşən mövcud 10 metrlik “Keck” teleskopundan təxminən 2,5 dəfə böyükdür. “Keck” ən iri yerüstü aparatlardan və ən böyük optik teleskoplardan biri hesab edilir.  

Bununla yanaşı, “GMT”-nin dünyanın ən böyük teleskopu adını nə vaxtadək özündə qoruyub saxlayacağı hələ ki məlum deyil. Çünki 2015-ci ildən sonra daha bir böyük teleskopun – güzgülərinin diametri 42 metr təşkil edəcək “European Extremely Large Telescope” teleskopunun qurulması proqramı üzrə işlərə başlamaq nəzərdə tutulur. Bu proqramın müəllifi rolunda Avropa Kosmik Agentliyi çıxış edəcək.   

“GMT” isə hazırda təkcə ən güclü deyil, həm də ən ağır teleskop olmağa namizəd hesab edilir. Belə ki, dəyəri 550 milyon dollar qiymətləndirilən teleskopun təkcə bir güzgüsü 18 tonluq borosilikat şüşədən hazırlanacaq, - "Cybersecurity www.cybersecurity.ru” yazır.  
 



Baxış sayı: 367

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik