12px13px15px17px
Tarix:11/03/14

Texniki Universitetdə elektron təhsil sisteminin tətbiqinə başlanılıb

Azərbaycan  Texniki  Universitetində (AzTU) “Elektron  təhsil  sisteminin  yaradılması” layihəsi  başa  çatdırılıb  və  onun  tətbiqinə  başlanılıb.
 
AzTU-dan verilən məlumata görə, sözügedən layihə  Koreya  Beynəlxalq  Əməkdaşlıq  Agentliyinin  (KOİCA) mütəxəssisləri və universitetin  nümayəndələri  ilə  birlikdə  işlənib  hazırlanıb.
 
Layihənin  başa  çatdırılması  münasibətilə  keçirilən  tədbirdə  universitetin  Beynəlxalq  əlaqələr  üzrə  prorektoru,  professor  Mustafa  Babanlı  elektron  təhsil  sisteminin  əhəmiyyəti  və  üstünlükləri  barədə  ətraflı  məlumat  verib.
 
Toplantıda  elektron  təhsil  sisteminə  daxil  olmaq  və  zəruri  məlumatları  almaq  qaydaları  barədə  tələbələrə  ətraflı  məlumat  verilib.
Bununla yanaşı, elektron  təhsil  sistemindən  düzgün  istifadə  olunması  qaydaları  barədə  tələbələrin  sualları  cavablandırılıb.
 
Qeyd  edək ki,  bu  sistem  təhsilin  səmərəsini  yüksəltməyə,  tədris  prosesində  şəffaflığın  təmin  olunmasına,  tələbələrin  dərsə  davamiyyətinə  nəzarəti  gücləndirməyə,  ümumiyyətlə  neqativ  halların  aradan  qaldırılmasına  kömək  edəcək. Tələbələr  onların  hər  birinə  aid  kodlar  vasitəsilə  sistemə  daxil  olaraq  təhsil  prosesi  ilə  bağlı  bütün  göstəricilər  barədə  məlumat  əldə  edə  biləcəklər.
 
CAHANGİR
 



Baxış sayı: 385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.