12px13px15px17px
Tarix:12/03/14

“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

Martın 15-də"Startup Azərbaycan 2014" Təşkilat Komitəsinin toplantısı keçiriləcək. 

"StartupAzərbaycan"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən,  toplantıda cari ildə "Startup Azərbaycan" çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər, Startup müsabiqəsinin elan edilməsi, Milli Konfransın təşkili, Startup Günləri ilə bağlı işlər və digər təşkilati məsələlər müzakirə olunacaq.

"Startup Azərbaycan" çərçivəsində startupçılar üçün təlimlərin, investorlarla görüşlərin və startup görüşlərinin  cari ilin mart – iyun ayları arasında keçirilməsi nəzərdə tutulub.

"StartUp Azərbaycan"layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı internet və  İT layihələrini üzə çıxarmaq,  innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

İnnovativ ideya dedikdə, əsasən, informasiya texnologiyalarından effektiv istifadə edilməklə hər hansı məhsul və ya xidmətin təqdim edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur. 

Təqdim edilən layihələrin son məqsədi  real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinəistiqamətlən­diril­məlidir.  Mümkündür ki,  hansısa mövcud biznes-ideyalar üzrə layihələr təklif olunsun, belə halda təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.

Layihələr elmi tədqiqat, araşdırma  tipli olmamalıdır. Bu tip layihələr "StartUp Azərbaycan" çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.  

Biznes layihələri bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.
Müsabiqəyə həm qlobal və həm də  yerli şəraitdə istifadə oluna biləcək layihələr verilə bilər.
"StartUp Azərbaycan" çərçivəsində yarışmalarda iştirak edən startupların ekspert qiymətləndirilməsi təşkil olunur.

"StartUp Azərbaycan" yalnız yarışmadan ibarət deyildir. Layihə çərçivəsində startapçılarüçün təlimlər  təşkil olunur, investorlarla görüşlər keçirilir. Startaplara komanda formalaşdırmağa köməklik göstərilir.  İnternet-biznesə başlamaq istəyənlər üçün layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.

"StartUp Azərbaycan" uğurlu internet layihələrinə maliyyə, dəstək əldə olunmasına, investorlarla görüşlərə, yerli və xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə  yardım edir.  

"StartupAzərbaycan" öz yeni  internet-biznesini yaratmaq istəyənlərə  arzularının gerçəkləşdirilməsi, sərmayə tapılması, biznesin idarə edilməsi  istiqamətində yardımçı olmağı düşünür.

Aynur Vəliyeva




Baxış sayı: 428

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2020

21 09 2020

21/09/20
Ucuz “LG K42” smartfonu təqdim edilib

“LG” şirkəti “LG K42” adlı başlanğıc səviyyəli yeni smartfonunu təqdim edib. Arxa qapağın qeyri-adi dizay

21/09/20
“Mi Store on Wheels” mağazası təqdim olunub

“Xiaomi India” şirkəti Hindistanda avtomobillər üzərində hərəkət edən “Mi Store on Wheels” adlı mağazalar

21/09/20
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC KİV nü

21/09/20
“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyas

21/09/20
Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilm

21/09/20
Ramin Quluzadə BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında çıxıb edib

BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib.

21/09/20
Kompüter virusu insan ölümünə səbəb olub

Düsseldorf Universitetinin xəstəxanasında pasiyent kompüter virusunun qurbanı

21/09/20
Çində süni intellekt sahəsi üzrə startaplara 30 milyard dollar investisiya qoyulub

2016-cı ildən süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan Çin şirkətlərinə 30 milyard dolla

21/09/20
“Microsoft” korporasiyası “Windows 10” sisteminə "Zoom”un rəqibini quraşdıracaq

Koronavirus pandemiyası dövründə videoəlaqə qurmağa imkan verən xidmətlərin populyarlığı xeyli artıb. Bir