12px13px15px17px
Tarix:09/04/14

Bakıda “Capture the flag” yarışının qalibləri mükafatlandırılıb

Bu gün Bakıda “Capture the flag” (CTF - Bayrağı tutmaq) yarışının qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
 “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, son zamanlar Azərbaycanda bir neçə müsabiqə informasiya təhlükəsizliyi mövzusuna həsr olunub.
 
“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə informasiya təhlükəsizliyi tədbirlərinin görülməsi  və kibertəhlükəsizliyin təmin edilməsi məsələsi aktuallaşır. Bununla yanaşı, bu cür müsabiqələrin keçirilməsi bu sahə üzrə mütəxəssislərin hazırlanmasına, onların biliklərinin sınanmasına müsbət təsir göstərir. Hazırda Azərbaycanda bu sahədə kadrlara ehtiyac var”,- deyə o bildirib.
 
Müsabiqənin təşkilatçısı olan “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev qeyd edib ki, müsabiqədə iştirak üçün 145 nəfərdən ibarət 95 komanda qeydiyyatdan keçib.
 
“Martın 28-dən aprelin 4-dək davam edən yarışın nəticəsində 31 fəal komanda müəyyən edilib və bu komandalar tərəfindən 242 hesabat göndərilib, onlardan 134-ü səhv olub, 104-ü isə düz. İştirakçı komandalar arasında cəmi 3 komanda təqdim edilən  8 suala tam cavab verib”, - deyə o bildirib.
 
Sonda qeyd olunub ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqəyə rəsmi dəstək verib. Yarışın sponsoru “R.I.S.K” şirkəti, texniki dəstək göstərən “Delta Telecom” şirkətinin dəstəyi ilə keçirilən müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin təşkilatçısı “İlk addımlar” onlayn tədris portalı olub.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti