12px13px15px17px
Tarix:14/04/14

Türkiyə orbitə yeni peyk buraxmağa hazırlaşır

"Türksat" test mərhələsi davam edən "4B"-ni ilin sonuna qədər orbitə buraxmağı planlaşdırır.
 
"ICTnews" elektron xəbər xidmətinin Türkiyənin "haber365.com" elm və texnologiya portalına istinadən verdiyi məlumata görə, istehsal və testləri "MELCO" və "JAXA" müəssisələrində həyata keçirilən "4B" peykinin Baykonurdan "Yapon Mitsubishi Electric" firmasının inkişaf etdirdiyi "DS2000" platformasından, "Proton" daşıyıcı raketi ilə göndərilməsi gözlənilir.
 
Xatırladaq ki, "Türksat 4A" peyki də kosmosa ən qısa nöqtə olan Baykonurdan göndərilmişdi.
 
 "Türksat 3A" peyki üzərindən təmin edilən internet xidmətinin, "Türksat 4B" peyki ilə yarı-yarıya ucuzlaşması gözlənilir. Belə ki, 43 kanala ev sahibliyi edəcək "Türksat 4B", internet olmayan bölgələrlə yanaşı, qonşu ölkələr üçün də ucuz genişzolaqlı internet xidmətlərini təmin edəcək.
 
İstehsalının yüzdə 70-i Yaponiyada reallaşdırılan "4B"-dən sonra yerli peyklər istehsal ediləcək. Türkiyə 2018-ci ildə orbitə buraxılması planlaşdırılan yüksək yerli keyfiyyətə malik olacaq "Türksat 6A" peykini "TAI" istehsal müəssisəsində emal etdirmək niyyətindədir.
 
Beləliklə, 2019-cu ildə 7 peykdən ibarət olan bir kompleksə sahib olacaq Türkiyə, bu flotların ən azı 3 ədədinin yerli istehsal olmasını planlaşdırır.
 
CAHANGİR



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020