12px13px15px17px
Tarix:15/04/14

Azərbaycanın statistika sistemi tamamilə avtomatlaşdırılacaq

Statistika sistemində elektron sənəd dövriyyəsi sisteminin modernləşdirilməsi, elektron arxivin yaradılması həyata keçiriləcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu məlumat Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin “Elektron statistikanın və vahid informasiya sisteminin inkişafı istiqamətləri” məqaləsində əksini tapıb.
 
Komitə sədri məqaləsində qeyd edir ki, statistika orqanları üçün əsas çağırış məlumatların idarə olunmasından məlumatların və metaməlumatların idarə olunmasına, keyfiyyətin layihələndirilməsindən onun idarə olunmasına, müşahidələrin formalaşdırılmasından onun layihələndirilməsinə və nəticələrin nəşrinədək bütün proseslərin İKT əsasında avtomatlaşdırılmasına nail olmaqdır.
 
A.Vəliyev həmçinin bildirir ki, İKT sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, infrastrukturun inkişafı, informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin gücləndirilməsi, proqramlaşdırma alqoritmlərinin optimallaşdırılması və standartlaşdırılması, interfeysin intuitiv anlaşılan olmasının təmin olunması, elektron yığım və statistik hesabatların emalı sisteminin davamlılığı və məhsuldarlığının yüksəldilməsi üçün onun fəaliyyətinə məsul olan serverlərin inkişaf etdirilməsi, arxivləşmə və məlumatların saxlanması prosesinin əvvəlcədən təyin olunan müəyyən vaxtda dövri seanslar şəklində avtomatik, tam proqram, diferensial arxivləşmə və daşıyıcılarda məkana qənaət etmək üçün məlumatların sıxılması rejimlərini dəstəkləməsi, məlumat arxivlərinə girişin nizama salınması, informasiyanın arxivləşdirilməsi prosedurunun tam avtomatlaşdırılması daim diqqətdə saxlanılacaq.
 
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün milli strategiya”nın müddəalarına uyğun olaraq, dövlət statistika orqanlarında İKT-nin tətbiqinin daha da genişləndirilməsi, effektiv və şəffaf idarəetmənin təkmilləşdirilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması mümkün olacaq.
 
CAHANGİR
 



Baxış sayı: 445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti