12px13px15px17px
Tarix:20/05/14

Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının tam İT infrastrukturunu “Ultra” şirkəti qurub

 “Ultra” şirkəti Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının tam İT infrastrukturunun qurulması və sistemləşdirilməsi prosesini başa çatdırıb. Respublikamızın milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanası sayılan Mərkəzi Kitabxana şirkətimizin bu sahədəki çoxillik təcrübəsinə əsaslanan ALİSA sistemi üzərində qurulub. Ölkəmizin kitabxanaçılıq tarixində ən müasir texnologiyalar və sistemlər məhz bu kitabxanada tətbiq olunub.
 
          Kitabxana binasının girişində quraşdırılan 8 ədəd elektron informasiya köşklərində kitabxananın strukturu, hər bir mərtəbənin sxemi, müxtəlif bölmələrin yerləşdiyi mərtəbələr, kitablar , o cümlədən fonda yeni daxil olan nəşrlər haqqında müfəssəl məlumat almaq mümkündür. Bu köşklərin bəziləri fiziki qüsurlu və hərəkət qabiliyyəti məhdud insanların informasiya almaları üçün uyğunlaşdırılıb, onların informasiya əldə etməsi üçün xüsusi proqram təminatı işlənib hazırlanıb.
 
         Kitabxanaya üzv olmaq istəyən oxuculara oxucu bileti onlayn xidmət göstərəcək avadanlıqlar vasitəsi ilə kitabxana binasının girişində istifadəyə elektron qaydada təqdim edilir. İstifadəçilərə müxtəlif səpkidə informasiyalar və maarifləndirici videoçarxların çatdırılması üçün foyedə böyük həcmli monitor “SharpVideoDivar” quraşdırılıb. Kitabxananın bütün mərtəbələrində quraşdırılan monitorlarda fonda daxil olan ən son yeniliklər barədə dolğun məlumatlar əksini tapıb. Burada kitabların sifarişi elektron qaydada aparılır, onların oxucu biletinə daxil edilməsi və ya çıxarılması işi həyata keçirilir. Server vasitəsi ilə sistemə qoşulan 300-dən artıq fərdi kompüter vahid şəbəkə təşkil edir və müvafiq tələblərə uyğun müasir proqramlarla təchiz edilib.
 
Bu da abunə haqqını ödəmək şərti ilə dünyanın aparıcı kitabxana resurslarına qoşulmaq imkanı verir. Oxuculara nüsxələri tapıb sifariş verməyə imkan yaradan xüsusi elektron kataloq sistemi informasiya guşəsində quraşdırılmış və eyni zamanda sifariş edilən kitab haqqında məlumat əldə etmək üçün 27 ədəd növbə monitoru oxucuların istifadəsinə verilib. Oxucuların rahat mütaliəsi üçün istirahət guşələri, oxu zalları və eyni zamanda fəaliyyət göstərən kafedə yüksək şərait yaradılıb. Eyni zamanda 50-yə qədər noutbukun quraşdırıldığı və “Mobile Workstation” sisteminin əlavə olunduğu Akademik oxu zalı istifadəyə verilmişdir ki, bu da akademiklərə oxu zalını tərk etmədən istədikləri nüsxəni onlayn sifariş verib və işçi heyətin dəstəyi ilə onu əldə etməyə imkan yaradır.
 
 
         Şirkətimiz milli-mənəvi dəyərimiz olan kitablarımızın qorunması məqsədi ilə “DLA (Digital Library Assistant)” sistemini işləyib hazırlamışdı. Sistemin əsas işləmə prinsipi kitab bazasında lazım olan kitabın digər kitabları zədələmədən tapılmasına yönəlmişdir. Bu məqsədlə kitablar üzərində  onları elektron şəkildə oxuya biləcək xüsusi çiplər quraşdırılmışdır ki, o da “DLA” kitabxana köməkçisi bazada axtarılan kitaba yaxınlaşdırılanda xüsusi səs effekti verir. Bunun nəticəsində yalnız axtarılan kitab bazadan götürülür və fondda olan digər kitablara toxunulmur. Gözdən əlil istifadəçiləri nəzərə alaraq birinci mərtəbədə onlar üçün xüsusi otaq yaradılmış və otaq xüsusi klaviatura və printerlərlə təchiz olunub.
 
Kitabxanada daxili proseslər  “RFİD ( Radio Frequency İDentification)” texnologiyası üzərində qurulduğundan buranın bütün ərazisi və qaynaqlarının təşkili buna xidmət edir. Yaddan çıxmış və ya məqsədli şəkildə kitabxanadan götürülmüş hər hansı bir nüsxənin kitabxanadan çıxarılmasının qarşısını almaq üçün dünyada lider olan xüsusi 3M təhlükəsizlik avadanlığı - turniketlər quraşdırılmışdır. Beləliklə, oxucunun öz biletində qeydə alınmış kitabı  balansından silməmiş kitabxananı tərk etməsinin qarşısı alınır. İcazə verilmiş kitabların kitabxana ərazisindən çıxarılması üçün açıq kitab fondlarında xüsusi “SelfCheck”lər quraşdırılmış, o da öz növbəsində evə buraxılan kitabın oxucu biletində qeydə alınması üçün proqramlaşdırılmışdır. Müxtəlif elmi konfransların, müzakirələrin, elmi müdafiələrin aparılması üçün 20 nəfərlik auditoriyadan ibarət Xüsusi İnteraktiv Müzakirə Zalı yaradılmış və burada istifadəçilərə 70 düymlük “Touch İnteractive Monitor” təqdim edilib.
 
Sistemləşdirmə otağında qurulmuş skanerin köməyi ilə böyük həcmli və qədim kitabların elektron variantını yaratmaq mümkündür. Eyni zamanda burada robortlaşdırılmış ən son texnoloji avadanlıq olan skaner istifadəyə verilmişdi ki , o da öz növbəsində kitabı vərəqləyib yüksək keyfiyyətli şəkillər hesabına nüsxələri serverdə saxlamaq üçün proqramlaşdırılıb.
 
RƏVAN
 



Baxış sayı: 365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti