12px13px15px17px
Tarix:29/05/14

Yüksək Texnologiyalar Parkında növbəti beynəlxalq tədbir keçiriləcək

Cari ilin 30 may – 01 iyun tarixlərində paytaxtımızda Türkiyənin ən böyük startup tədbirlərindən olan “Etohum”-un  Bakı toplantısı keçiriləcək.
 
 
Tədbir Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında (Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC, Bakı AZ 1010, ünvan: Nizami küç.,129E. AF Business House -3-cü mərtəbə; tel:+994 12 310 1400; fax:     +994 12 493 4100; www.hightech.az) təşkil olunacaq.
 
 
“Etohum” qurulduğu gündən ötən 6 il ərzində 300-dən çox mentor və 40-dan çox özəl investorlarla əməkdaşlıq edərək 200-ə yaxın layihəni seçmiş və onlara dəstək verib. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri –“Grupanya”, “Balerin”, “Evidea”, “Pembepanjur”, “İndirdik”, “İnfodif”, “Ehil”, “Gamester”, “Userspots”, “Connected2me”, “Dekoreko” kimi şirkətlər də var.
 
 
Bakıda sayca ikinci olan bu görüşün əsas məqsədi internet sahibkarlığı sahəsində Türkiyənin tanınmış şirkətlərinin sahibləri  və əməkdaşlarının  milli startupçılarımızla qazandıqları uğur və təcrübələri  bölüşərək, onların innovasiya məhsullarının və yüksək texnologiyalarının daha tez kommersiyalaşdırılmasında köməklik göstərməkdir.
 
ABŞ şirkəti olan “Hazelcast” qurucusu Fuad Məlikov, Türkiyənin bir çox şirkətlərinin, o cümlədən “212 Vençur Kapitalı” şirkətindən Numan Numan, “Sporx” qurucusu İlkan Gökyılmaz, “Monitera” qurucuları Metin Kahraman, Harun Pekşen  də  məruzəçi qismində bu görüşdə iştirak edəcəklər.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020