12px13px15px17px
Tarix:02/06/14

“Google” şirkəti orbitə 180 peyk göndərməyi planlaşdırır

“Google” şirkəti cari ilin əvvəlində inkişaf etmiş xətt infrastrukturuna malik olmayan ölkələrin sakinləri üçün simsiz internetə çıxış proqramını elan edib. O zaman şirkət öz konsepsiyası haqqında yalnız bəyanatlarla kifayətlənərək texniki təfərrüatlar haqda heç bir məlumat verməmişdi.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda internet nəhəngi məsələni konkretləşdirib və “The Wall Street Journal” nəşrində qlobal layihə haqqında ilk texniki məlumatlar dərc edilib. Məlumata əsasən, “Google” şirkəti peyk internet modelinə təxminən 1 milyard dollar sərmayə qoymaq niyyətindədir. Şirkətin planına əsasən, planetin aşağı orbitində yüksəktutumlu şəbəkə altsisteminə malik təxminən 180 mikro-peyk yerləşdirmək planlaşdırılır.
 
Nəşr yazır ki, “Google” şirkəti bu yaxınlarda Qreq Uileri peyk proqramının rəhbəri vəzifəsinə işə götürüb. Uiler yaxın vaxtlaradək “O3b Networks” peyk startapının banisi olub. Bundan başqa, internet nəhəngi “Space Systems/Loral” şirkətindən mühəndislər qrupunu işə götürüb.
 
Emil Hüseynov
 



Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024