12px13px15px17px
Tarix:17/06/14

5-ci “Mobillik qrantı” müsabiqəsi üzrə qrant iddiaçıları üçün məsləhət seminarları keçiriləcək

Prezident yanında Elmin İnkişafı Fondu (EİF) qrantların verilməsi üzrə 5-ci “Mobillik qrantı” müsabiqəsi çərçivəsində məsləhət seminarları keçirəcək. Elmin İnkişafı Fondunun icraçı direksiyasından verilən məlumata görə, seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır:
 
“Əvvəlki müsabiqələr üzrə toplanmış təcrübə göstərir ki, bu cür seminarlarda qrant iddiaçılarının iştirakı kifayət qədər effektiv olur və layihənin tərtibatına müsbət təsir göstərir”. Seminar cədvəlinə uyğun olaraq, 1-ci seminar 24 iyunda saat 11:00-da, 2-ci seminar 2 iyulda 11:00-da, 3-cü seminar 8 iyulda 11:00-da, 4-cü seminar 15 iyulda 11:00-da, 5-ci seminar isə 22 iyulda 11:00-da başlayacaq. Seminarlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 48B) keçiriləcək.
 
İştirak etmək istəyənlər 563 61 11 nömrəli telefona zəng vurmaqla və ya “qrant@elmfondu.az” elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.
 
Fonddan qeyd edilib ki, seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminarda yalnız yer olduğu təqdirdə buraxılacaqlar. Nəzərə alınmalıdır ki, seminarda iştirak etməyən iddiaçı başqa potensial iddiaçının iştirakını məhdudlaşdırır.
 
 
Qeyd edək ki, müsabiqə xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024