12px13px15px17px
Tarix:24/06/14

Azərbaycanda əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması üzrə əməkdaşlığın yeni mərhələsi başlayır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında (KİPO) Anlaşma Memorandumu imzalanıb.
 
Bu məqsədlə ölkəmizdə səfərdə olan Koreya tərəfdən İk Su Ceon və Seunq Kvan Lini qəbul edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov iki qurum arasında əməkdaşlığın yüksəldiyini və bundan öncə aparılan iş birliyinin nəticələrindən razılığını bildirib. Komitədən qeyd edilib ki, görüşdə imzalanmış Anlaşma Memorandumunun icrasının təmin olunması məqsədilə ölkəmizdə sənaye mülkiyyətinin müasir tələblər əsasında Koreya təcrübəsindən bəhrələnərək qurulması, bu istiqamətdə gələcək tədbirlərə dair geniş fikir mübadiləsi aparılıb.
 
 
Qeyd edək ki, 3 may 2011-ci il tarixində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında “Azərbaycanda əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması” qrant razılaşması layihəsi üzrə Protokol imzalanıb. Adıçəkilən sənəd çərçivəsində müasir avtomatlaşdırma sistemi yaradılıb, sənaye mülkiyyəti hüquqlarının beynəlxalq tələblərə əsaslanan qaydada mühafizəsinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Əqli mülkiyyət hüquqlarının idarəolunması sisteminin hazırlanması təşəbbüsü Azərbaycan Hökumətinin e-hökumət prosesinə keçid çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən KOİCA-ya müraciətı əsasında yaranıb.
 
Bu sahədə Komitə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıq edir. Təşkilatın tövsiyələrinə uyğun olaraq bu sahədə Koreya Əqli Mülkiyyət Ofisi (KİPO) ilə müzakirələr aparılıb.
 
Müzakirələrin nəticəsi olaraq Komitə ilə KİPO arasında əməkdaşlıq çərçivəsində, KOİCA-nın dəstəyi və ÜƏMT-nin iştirakı ilə Azərbaycanda mövcud əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə dair layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 461

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020