12px13px15px17px
Tarix:25/07/14

İKT-2 qrant müsabiqəsində qalib gəlmiş layihələr üzrə işlər davam edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə keçirilmiş 2013-cü il İKT-2 qrant müsabiqəsində qalib gəlmiş layihələr üzrə işlər davam edir.
 
Belə ki, müsabiqə qaliblərindən olan “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihənin müəllifi - AMEA Mərkəzi Elmi Kitabxanasının Gənc alim və mütəxəssislər şurasının sədri, doktorant, Azərbaycanşünaslıq şöbəsinin müdiri Nərminə Abdullayeva layihənin birinci mərhələsində nəzərdə tutulan işlərə müvafiq olaraq Belarusun Minsk şəhərində ezamiyyətdə olub.
 
Mərkəzi Elmi Kitabxananın nəşrlərindən ibarət olan kitabları Belarus Mərkəzi Kitabxanasına hədiyyə edən N.Abdullayeva Belarus Milli Kitabxanasının (BMK) iş təcrübəsi, tətbiq olunan innovasiyaların, yeni informasiya-kommunikasiya texnologiyalarından istifadə prinsipləri və müasir xidmət növlərinin səviyyəsi ilə yaxından tanış olub.
 
AMEA Mərkəzi Elmi Kitabxanasından bildirilib ki, BMK-nın Elmi işlər və nəşriyyat fəaliyyəti üzrə direktor müavini Aleksandr Aleksandroviç Susha və İnformasiya Resurslarının formalaşdırılması üzrə direktor müavini Kuzminiç Tatyana Vasilyevna ilə kitabxananın funksiya və vəzifələri, görülən işlər, yeniliklər ətrafında fikir mübadilələri aparılıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 354

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020