12px13px15px17px
Tarix:11/08/14

Yerli peyk operatoru bazarda müasir texnologiyalar tətbiq etmək niyyətindədir

“KATV1” kabel televiziyası operatoru yerli bazarda daha müasir texnologiyalar təqdim etmək niyyətindədir.
 
Şirkətin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərvin Sadıqovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda “KATV1” artıq öz istifadəçilərinə kabel televiziya xidmətləri ilə yanaşı “ethernet” texnologiyası üzərindən yüksəksürətli fiber internet xidmətləri göstərir.
 
“Gələcəkdə biz xidmət çeşidi nöqteyi-nəzərindən yeniliklər təqdim edəcəyik və yeni müasir texnologiyalar üzərindən xidmətlər təşkil edəcəyik. Hazırda “KATV1” şəbəkəsi Bakı, Xırdalan, Gəncə, Mingəçevir şəhərlərini əhatə edir. Hazırda hər ay “KATV1” şəbəkəsində internet xidmətlərindən istifadə edən abunəçilərin sayı 15% artır. İlin sonunadək biz artıq bütün Bakı şəhərini internet xidmətləri ilə əhatə edə bilərik”, - deyə o bildirib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024