12px13px15px17px
Tarix:21/08/14

Vətəndaşların NƏZƏRİNƏ!

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən avqust ayının 27-si, saat 10:00-da Quba rayonunda (Quba, Qusar, Xaçmaz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
 
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsi ilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Quba rayonunda 335-50-50
Qusar rayonunda  385-31-57
Xaçmaz rayonunda 325-15-15
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Mətbuat Xidməti
 



Baxış sayı: 964

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024