12px13px15px17px
Tarix:21/08/14

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu İT təchizatını təkmilləşdirir

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu İT təchizatının təkmilləşdirməsi ilə bağlı tədbirlər görür.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, fond bu məqsədlə ümumi dəyəri  335610, 64 manat olan üç müqavilə imzalayıb.
 
“AİSTGROUP” MMC     ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu arasında yerli orqanlarının idarəetmə sistemlərinə texniki xidmətin göstərilməsi üzrə 288 min manat dəyərində müqavilə bağlanıb.
 
“Softlayn İnterneyşnl” MMC ilə bağlanan daha bir müqavilə 25 676,80 manat dəyərində olub və       Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun aparatında və yerli orqanlarında istismarda olan server və kompüterlər üçün antivirus proqram təminatının satın alınmasını nəzərdə tutur.
 
Üçüncü müqavilə “Bakinity Distribution” MMC ilə bağlanıb.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun aparatında internet resurslarından təhlükəsiz istifadəsini və fərdi məlumatların qorunması qurğularında istismarda olan proqram təminatlarına yeni lisenziyanın satın alınmasını nəzərdə tutan müqavilənin ümumi dəyəri    21 933,84 manat olub.
 
Aynur Vəliyeva



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024