12px13px15px17px
Tarix:27/08/14

QKDK-da informasiya texnologiyaları üzrə bilik bazasının formalaşdırılması məqsədilə peşəkar təlimlər təşkil olunacaq

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi və Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika” kafedrası arasında Anlaşma Memorandumu imzalanıb.
 
Komitədən bildirilib ki, memorandumda gələcəkdə birgə əməkdaşlıq çərçivəsində kapital bazarı üzrə tədrisin təşkili, aparılması və ona dair vacib məsələlərin həyata keçirilməsi nəzərdə tutulub.  Sənədə əsasən, maliyyə və qiymətli kağızlar bazarları üzrə tədris materiallarının təkmilləşdirilməsi və informasiya texnologiyaları üzrə müəyyən bilik bazasının formalaşdırılması, habelə ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkil olunması qeyd olunub.
 
KBTM ilə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika” kafedrası arasında imzalanmış memorandum çərçivəsində gələcəkdə kapital bazarları sahəsində biliklərin tədrisi və müştərək layihələrin hazırlanması  ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024