12px13px15px17px
Tarix:05/09/14

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sayı 58-ə çatıb

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi (VN) tərəfindən göstərilməsi nəzərdə tutulan  60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilən 54 növü üzrə inzibati reqlamentlər "Hüquqi Aktların Dövlət Reyestri"ndə elektron variantda dərc edilib. Bu barədə "ICTnews.az"a VN-in mətbuat xidmətindən məlumat verilib.
 
 
Nazirlikdən bildirilib ki, VN tərəfindən daha 4 yeni xidmətin - "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı", "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı", "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması" və "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi" elektron xidmətlərinin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.
 
 
Nazirlik xatırladır ki, elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir.
 
 
SEYMUR
 



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020