12px13px15px17px
Tarix:27/09/14

“Microsoft” və “LG” şirkətləri əşyaların interneti sahəsində əməkdaşlıq edəcək

“3DNews” portalı “The Korea Times” nəşrinə istinadən yazır ki, “LG Electronics” və “Microsoft” şirkətləri İT sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında razılaşma imzalayıblar.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, əməkdaşlıq əşyaların interneti sahəsi üzrə layihələri əhatə edəcək. “LG” şirkəti bu layihə çərçivəsində şəbəkəyə qoşulmaq imkanına malik bir sıra məhsul buraxmağı planlaşdırır.
 
Hansı qurğulardan söhbət getdiyi bilinmir, amma məlumdur ki, bu qurğuların bəziləri yanvarın əvvəlində keçiriləcək “CES 2015” sərgisində nümayiş etdiriləcək.
 
Tərəfdaşların fikrincə, internetin inkişafı böyük perspektivə malikdir və yaxın illərdə bu sahədə nəhəng artım gözlənilir. Belə ki, bəzi qiymətləndirmələrə görə, 2020-ci ilədək internetə 28 milyardadək müxtəlif qurğu qoşulacaq.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020