12px13px15px17px
Tarix:03/10/14

İstanbulda "Global Webit-2014” İT konqresi başa çatıb

Sentyabrın 2-də İstanbulda "Global Webit-2014” informasiya texnologiyaları və elektron kommersiya üzrə VI beynəlxalq konqres işini uğurla başa vurub.


Konqresdə 110 ölkənin 10 minə yaxın nümayəndəsi iştirak edərək iki gün ərzində dünya səviyyəli 200-dən çox məruzəçinin çıxışını dinləyib. "Global Webit-2014” çərçivəsində iki paralel iş zonası – rəqəmli (Rəqəmli marketinq və Expo & Conference innovasiyaları) və texniki zona (gələcək Tech Summit and Expo liderləri) təşkil olunub.


Konqres təşkilatçısı Plamen Russevin sözlərinə görə, tədbirdə müxtəlif innovativ layihələrə investisiya yatırmağa hazır olan çoxlu insan iştirak edib. “Əvvəlki “Webit” konqreslərində olduğu kimi, bu dəfə də biz innovasiya və pul haqqında danışdıq”, - o qeyd edib.


Konqresdə əlamətdar hadisələrdən biri “Rocket Fuel” şirkətinin baş vitse-prezidenti və idarəedici direktoru Dominik Triqqin çıxışı olub. O, insanın yüksək texnoloji qurğularla və təhsil kompüterləri ilə qarşılıqlı əlaqəsinin əhəmiyyətini vurğulayıb. “2020-ci ilədək 26 milyard qurğu internetə qoşulacaq. İnsanın iştirakı olmadan işləyən qurğu və mexanizmlərin geniş tətbiqinə başlanılıb. Bu, insanların həyatını asanlaşdıracaq və onlara qərarları tez qəbul etməyə imkan verəcək”, - D.Triqq vurğulayıb.


"Global Webit-2014” konqresinin işində İT, marketinq üzrə direktorlar, texniki direktorlar, dünya və regional reklamçıların, eləcə də maliyyə institutlarının KİV rəhbərləri iştirak edib. İştirakçılar müzakirə panellərində iştirak etmək, gələcək müştərilərlə tanış olmaq, sərgidə məhsullarını təqdim etmək, sərmayədarlarla əlaqə qurmaq imkanı əldə ediblər, - “RİA Novosti” yazır.



Baxış sayı: 1243

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020