12px13px15px17px
Tarix:13/10/14

Bakıda növbəti “Startup Günləri” keçiriləcək

Noyabrın 14 -16-sı tarixlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkında   “Startup Günləri” keçiriləcək.

“ICTnews”xəbər xidmətinin məlumatınaəsasən, “Startup Günləri” “Startup Azərbaycan” layihəsi çərçivəsində baş tutur.
 
“StartupGünləri”nin əsas məqsədi yeni ”startup”larınyaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işləri aparmaq, yeni formalaşmaqda olan ”startup”çıları, ”Startup” komandalarını İnternet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək, ”startup”çılar arasında əlaqələri gücləndirməkdir.
“Startup Günləri”ndə yeni fəaliyyətə başlayan ”startup”çılar üçün təlimlərin keçirilməsi, onların uğurlu layihələrin rəhbərləri ilə görüşlərinin təşkili və yeni ideyalar ətrafında komandalarformalaşdırmaqla yeni “startap” layihələrinin hazırlanması nəzərdə tutulur. Komandalar iştirakçılar və ekspertlər tərəfindən seçilən ideyalar ətrafında formalaşdırılır.
 
“StartupGünləri”ndə bu ”startup” komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə İT və internet biznes sahəsində tanınmış mütəxəssislərdən – “mentor”lardan ibarət ekspert qrupları formalaşdırılacaq.

“StartupGünləri”ndə seçilmiş ideyalar ətrafında formalaşan ”startup” komandalarının hazırladığı layihələrin yarışması təşkil olunacaq və peşəkar Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. 

“Startup Günləri”ndə internet biznes qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc ”startup”çılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər. Bu məqsədlə “www.startupdays.startup.az” saytında qeydiyyatdan keçmək lazımdır.
 
“Startup Günləri” çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, İT mütəxəssislər, uğurlu startap rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər. Tədbirlər müddətində uğurlu startap təmsilçilərinin master-klasları və yeni fəaliyyətə başlayan ”startup”çılarla görüşləri də nəzərdə tutulub.
 
“Startup Günləri”nin 3 gün davam edəcəyi nəzərdə tutulub. Bu müddət ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin ilkin versiyası müəyyən olunub.
 
“StartapGünləri”nə  RYTN yanında İT-nin İnkişafına dəstək Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, “Cybernet”, “İnfipro” və “Xəzər Vençur”  şirkətləri dəstək verir.


Qaliblərə və fərqlənənlərə təşkilatçıların, sponsorların tərəfdaş şirkətlərinin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
 
Aynur Vəliyeva



Baxış sayı: 1231

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024