12px13px15px17px
Tarix:27/10/14

2015-ci ildə “Intel” 3 milyondan çox “Education Tablet” planşeti tədarük edəcək

“Digitimes Research” analitiklərinin proqnozuna əsasən, 2014-cü ildə “Intel” korporasiyası 1 milyondan çox “Education Tablet” planşeti tədarük edəcək. Əsasını “Intel Atom” prosessorları və 10 düymlük ekranlar təşkil edən planşet kompüterləri məhz təhsil müəssisələrində istifadə üçün hazırlanıb.

Ekspertlər bildirir ki, “Education Tablet” tədricən bazardan “Intel”in tədris prosesi üçün uyğunlaşdırılmış başqa məhsulunu (Classmate PC noutbukları) sıxışdırıb çıxarır.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Digitimes Research”in qiymətləndirməsinə görə, növbəti il “Intel”in təhsil planşetlərinin tədarükü 100% artaraq 3 milyonu ötəcək. Mütəxəssislər hesab edirlər ki, bu, 2014-cü ildə “Classmate PC” noutbuklarının tədarükünün azalmasına səbəb olacaq.

“Classmate PC” noutbuklarında olduğu kimi “Education Tablet” planşetlərinin çox hissəsinui Latın Amerikası ölkələri sifariş edir.

Emil Hüseynov
 



Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024