12px13px15px17px
Tarix:14/11/14

“Panasonic” partlama təhlükəsi olan 200 min noutbuku geri qaytarıb

“Panasonic” korporasiyası yanma ehtimalı olan 200 min akkumulyatorlu noutbukun geri çağırılmasını elan edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, söhbət “Let’s Note” seriyasından gedir, dəqiq desək isə bu SF-S10 və CF-N10 modelləridir, hansı ki, 2011-ci ilin aprel ayından iyul ayınadək bazara buraxılıb.
Yaponiya şirkəti bir neçə müştəridən noutbukların öz-özünə  yanması ilə bağlı şikayət alıb. Bu ilin yaz aylarında  40 min bu cür qurğu artıq geri qaytarılıb.
 
Qeyd edək ki, bu ilin aprel ayında eyni səbəbdən “Sony” şirkəti  “VAIO” seriyalı portativ kompüterlərini geri qaytarıb. Sonrakı araşdırma göstərib ki, onların defektli akkumulyatorlarını “Panasonic” şirkəti istehsal edib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 361

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020